Yazını böyüt
Yazını kiçilt
Bakıda qadın özünü hündürmərtəbəli binadan atıb.
Hafta.az xəbər verir ki, intihar hadisəsi paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Uğur 2" MTK-ya məxsus yaşayış kompleksində baş verib. Həmin binada yaşayan qadın özünü 5-ci mərtəbədən ataraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.